Bakı və Abşeronda 20-dən çox marşrutun hərəkət istiqaməti dəyişdirilib - SƏBƏB

Bakı və Abşeronda 20-dən çox marşrutun hərəkət istiqaməti dəyişdirilib - SƏBƏB
Sosial 42

Paytaxtın və Abşeron rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

BAKU.WS bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məhdudiyyət səbəbindən Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən keçən 20 müntəzəm marşrutun (22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil olunub. Bu marşrutların öz sxemi üzrə hərəkəti 1 gün ərzində bərpa ediləcək.

Mehdiabad qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsində (Mehdiabad-Pirşağı yolu) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyətə əsasən isə 179 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Avtobuslar 1 həftə ərzində Təbriz, Məhəmmədhüseyn Şəhriyar, 28 May, Fazil İsmayılov və Məhəmməd Əmin Rəsulzadə küçələri ilə hərəkət edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər