Bakı Teleqüllə Kompleksində 749 min manatlıq işlər görüləcək
07
yan
2026
11:34
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin (İB) Bakı Teleqüllə Kompleksində müayinə və layihələndirmə işləri həyata keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı İB hazırlıqlara başlayıb.
Məlumata görə, kompleksdə mühəndis-kommunikasiya sistemlərinin (o cümlədən yanğın təhlükəsizliyinin) müayinəsi, xüsusi texniki şərtin hazırlanması və layihələndirmə işlərinin görülməsi nəzərdə tutulur. Bu işlərin 749 min manata başa gələcəyi gözlənilir.
Oxşar xəbərlər
Abşeronda yolun təmiri çərçivəsində drenaj sistemi qurulacaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində təmir-bərpa işləri həyata keç...