Bakı–Tbilisi qatar biletlərinin qiyməti ENƏCƏK? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərin qiymətlərində ciddi endirimlə bağlı müzakirələr aparılmır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda bu istiqamətə biletlər minimal qiymətlərlə satışa təqdim olunub.
A.Fərəcov qeyd edib ki, köhnə tipli qatarların yenilərə qoşulması ilə bağlı hər hansı bir risk və təhlükə yoxdur: "Bu, texniki istismar qaydalarına uyğundur və qoşulan vaqonlar həmin qatarın sürəti ilə və funksionallığı ilə hərəkət edəcəklər".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...