Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fəaliyyətə başladığı tarixdən indiyədək Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə təxminən 86 milyard kubmetr qaz Türkiyəyə ixrac olunub.
Bu barədə BAKU.WS-ə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən 19 il ötür. Kəmər vasitəsilə "Şahdəniz" qaz-kondensat yatağından əldə olunan təbii qaz Türkiyə bazarına nəql olunur.
Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.
Oxşar xəbərlər
Daha bir rayonda yollar əsaslı TƏMİR EDİLƏCƏK
Yevlax şəhərində yolların əsaslı təmiri planlaşdırılır. BAKU.WS-in məlumatına görə, təmir işləri Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək. L...