Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 8 %-ə yaxın artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 7 milyard 446,4 milyon kubmetr qaz nəql edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, 2025-ci ilin iki ayı ilə müqayisədə 4,8 % çoxdur.
Hesabat dövrünə qazın nəqlinin 49,4 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 3 milyard 682 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 7,9 % çoxdur.
Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.
Oxşar xəbərlər
17 il övlad həsrəti çəkən qadın ana oldu
Uzun illər xarici ölkələrdə nəticəsiz qalan müalicələrdən sonra 17 il övlad həsrəti yaşayan pasiyent Azərbaycanda ana olub. BAKU.WS xəbər verir ki, bu barədə Sə...