Bakı-Tbilisi dəmir yolu xətti açılmaq üzrədir? - RƏSMİ

Gürcüstan və Azərbaycan arasındakı dəmir yolu xətti ilə sərnişin daşınmalarının bərpası planlaşdırılır.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “Georgian News Agency” media orqanı “Gürcüstan Dəmir Yolları”na istinadən məlumat yayıb.
Bildirilib ki, qonşu ölkələrlə quru sərhədlərinin açılmasından sonra dəmir yolu xətti ilə sərnişin daşınmasına start veriləcək:
“Azərbaycan ilə quru sərhədləri açıldıqdan sonra Tbilisi-Bakı-Tbilisi dəmir yolu xətti ilə sərnişin daşımaları da bərpa ediləcək”.
Qeyd edək ki, artıq 15 iyun tarixindən Gürcüstan digər qonşu dövlətlə qatar yolu ilə sərnişin daşımalarına başlayacaq.
Oxşar xəbərlər
Kirayə mənzilləri necə almaq olar? - Bütün suallara CAVAB
Kirayə mənzillərə müraciət başlayır: şərtlər necədi, hansı sənədlər lazımdır və kimlər müraciət edə biləcək? BAKU.WS xəbər verir ki, bununla bağlı iqtisadçı-eks...
