Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə sərhəd və gömrük prosedurlarının necə təşkil olunacağı bilinib
"İmzalanmış razılaşmaya əsasən, qatarın Azərbaycan ərazisində sərhəd və gömrük nəzarəti Böyük Kəsik stansiyasında qatarda, sərnişinlər düşürülmədən həyata keçiriləcək. Bu məqsədlə stansiyada 60 dəqiqəlik dayanma nəzərdə tutulur".
BAKU.WS xəbər verir ki, bu barədə "APA"ya müsahibəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
"Gürcüstan ərazisində isə analoji sərhəd və gömrük yoxlamaları Qardabani stansiyasında aparılacaq və burada da 60 dəqiqəlik dayanma planlaşdırılıb. Hər bir vaqonda sərhəd və gömrük əməkdaşları üçün xüsusi iş yerləri ayrılıb. Bu, prosedurların daha rahat və sistemli şəkildə aparılmasına imkan verəcək", - qeyd edib.
Oxşar xəbərlər
MEDİA: "Fransa KİV-i Azərbaycanın beynəlxalq imicini korlamağı hədəfləyən materiallar paylaşmaqdadır"
Fransanın gündəlik həyatı üçün xarakterik olan bir kriminal hadisə ilə bağlı bu ölkənin bəzi mətbuat orqanları birtərəfli, yönləndirici, ictimai rəyi çaşdıran v...