Bakı-Tbilisi-Bakı aviabileti BAHALAŞIB?
AZAL-ın Bakı-Tbilisi-Bakı reysi üzrə biznes sinfi üçün bilet qiymətlərini 1282 manata qədər qaldırıldığı bildirilir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Paylaşımda vətəndaşlar Tbilisidən Bakı istiqamətinə gediş-dönüş biletlərinin biznes sinfi üçün 1000 manatdan yuxarı olduğunu, eyni zamanda ekonom sinif biletlərinin tapılmadığını da bildirirlər.
Bəs Bakıdan Gürcüstan istiqamətinə ekonom sinif biletlərinin tapılmamasına səbəb nədir?
Turizm eksperti Rəhman Quliyev bildirib ki, gün ərzində AZAL Gürcüstan istiqamətinə 4-5 reys həyata keçirir, bu isə həmin istiqamətə uçuş edən sərnişinlərin sıxlığı ilə əlaqədardır. Ekspert onu da bildirib ki, qeyri-turizm mövsümündə qiymətlərin enməsi gözlənilir.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bu halda səfərə çıxmaq orucu pozmur
Oruc İslamın əsas ibadətlərindən biridir və onunla bağlı hökmlər şəriət qaydaları ilə dəqiq şəkildə müəyyənləşdirilib. Bəzi hallarda isə möminlər üçün istisnala...