Bakı-Sumqayıt yolundan istifadə edənlərin NƏZƏRİNƏ - Bu hissə bağlanıb
Hazırda Bakı-Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar müvəqqəti təmir-bərpa işləri aparılır. Qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən bildirilib.
Sürücülərdən xahiş olunur ki, müvəqqəti yol nişanlarının tələblərinə əməl etməklə, alternativ yollardan istifadə etsinlər. Yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.
Oxşar xəbərlər
Paytaxt sakinlərinin tıxac kabusu: Məktəblər açılır, yollar necə olacaq?
Paytaxtın bir sıra ərazilərində, xüsusilə intensiv hərəkətli yollarda təmir-tikinti işləri aparılır. Nərimanov rayonunun Təbriz küçəsində də iyul ayından etibar...