Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq"
Bakı-Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar hazırda bir sıra küçə və yollarda, xüsusilə, paytaxtdan şimal istiqamətinə gedən yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Bu isə tıxacların yaranmasına səbəb olub.
"Düz bir saat 45 dəqiqədir ki, burada tıxacdayıq. İş görəndə bunu gecə etsinlər. Gecə yol bomboş olur. Camaata yazıqları gəlsin", - deyə sürücülərdən biri Baku TV-yə bildirib.
"Bu gün bazardır, normalda yol açıq olur. Sabah isə burada ümumiyyətlə vəziyyət daha da ağırlaşacaq", - başqa bir sürücü deyib.
Oxşar xəbərlər
Eldar Əzizov MÜŞAVİRƏ KEÇİRDİ: Yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıqlar verildi
Bakı Şəhər İcra Hakimiyyətində şəhərin kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Bu barədə BAKU.WS-ə icra hakimiyyətindən bi...