Bakı-Sumqayıt qatarları qeyri-iş günlərinin qrafiki ilə işləyəcək

Bakı-Sumqayıt qatarları qeyri-iş günlərinin qrafiki ilə işləyəcək
Sosial 332

Bayram günlərində Bakı-Sumqayıt-Bakı elektrik qatarları qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən BAKU.WS-ə verilən məlumata görə, 31 dekabr, 1, 2, 3, 4 yanvar tarixlərində hərəkətdə olacaq qatarların siyahısı ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz: https://ticket.ady.az.

Xatırladaq ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Gələn il yanvar ayının 1-i və 2-si şənbə və bazar günlərinə təsadüf edir.

Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

Beləliklə, 31 dekabr 2021-ci il, 1, 2, 3, 4 yanvar 2022-ci il tarixləri qeyri-iş günü olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. BAKU.WS xəbər verir ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar aras...

37 Sosial 00:00 31 dekabr 2020

Son xəbərlər