Bakı-Sumqayıt qatarında vaqonların sayı azaldıldı: Sərnişinlərin etirazına səbəb oldu

Bu gün Sumqayıt şəhərindən yeni qrafiklə saat 07:48-də Bakı istiqamətinə hərəkət edən ekspres tipli qatarda böyük sıxlıq yaranıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sıxlıq Xırdalan və Biləcəri stansiyalarında pik həddə çatıb.
Bildirilib ki, buna səbəb qatarın vaqonlarının sayının xeyli azaldılaraq 11-dən 7-yə salınması olub.
Bu isə sərnişinlərin narahatlıq və etirazına səbəb olub.
Əlavə olaraq, Sumqayıtdan Xırdalan yolu ilə Bakı istiqamətində sürət qatarlarında vaxtilə 07:25, 07:35, 07:45, 08:00 kimi reyslər olsa da, hazırda onlar da ləğv edilib.
Onların əvəzində saat 07:20-dən 08:12-dək olan intervala 2 ədəd vaqonları azaldılmış və hər stansiyada dayanması səbəbindən böyük sıxlıq yaranan köhnə tipli ekspres qatarları fəaliyyət göstərir.

Oxşar xəbərlər
Aramsız yağan yağış Azərbaycanda gilasın məhsuldarlığını azaltdı
Əvəvlcə havaların soyuması sonra isə intensiv yağışların yağması məhsuldarlığa təsir edib. BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, İmişli rayonunda gi...
