Bakı-Sumqayıt istiqamətində yeni ekspres avtobus marşrutu istifadəyə verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib.
Bu barədə BAKU.WS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, marşrut üzrə müasir və komfortlu avtobuslar fəaliyyət göstərir.
"Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi "20 Yanvar" metrostansiyası müəyyən edilib. Əks istiqamətə isə avtobuslar "20 Yanvar" metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında) dayanır. Gedişhaqqı 0,80 qəpik müəyyən olunub",- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar fəaliyyət göstərir.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...