Bakı şəhər məktəbliləri arasında “Zəfər kuboku” yarışı keçirilib - FOTO

Bakı şəhər məktəbliləri arasında “Zəfər kuboku” yarışı keçirilib - FOTO
Foto
Sosial 86

Velosiped İdmanı Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə Respublika Velotrekində 8 Noyabr - Zəfər Günü münasibətilə Bakı şəhər məktəbliləri arasında velosiped idman növü üzrə “Zəfər kuboku” yarışı keçirilib.

Velosiped İdmanı Federasiyasından BAKU.WS-ə bildiriblər ki, yarışda 36 komanda mübarizə aparıb.

Estafet sistemi üzrə yarışan 2007-2008 təvəllüdlü şagirdlərdən ibarət olan komandalar arasında ən yaxşı nəticəni Səbail rayonu 236 saylı məktəbin idmançıları göstəriblər. Nərimanov rayonu 82 saylı məktəbin komandası ikinci, Suraxanı rayonu 282 saylı məktəbin təmsilçiləri isə üçüncü yerləri tutublar.

Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak ediblər. Qalib komandalar medal, diplom, kubok, həmçinin sponsorlardan hədiyyələrlə təltif olunublar. Bundan başqa, birinci yeri tutan komandanın hər bir üzvünə velosiped də hədiyyə edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər