Bakı–Şamaxı–Yevlax yolu buz bağladı
Ötən gündən etibarən Qobustan, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında qar müşahidə olunur. Fasilələrlə yağan qar səhər saatlarından etibarən daha da intensivləşib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, güclü qar səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yoluna canlı qüvvə və xüsusi texnika cəlb olunub. Hazırda ciddi problem qeydə alınmasa da, yolların buz bağlama ehtimalı var.
Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində, sərt enişli-yoxuşlu və dolaylı ərazilərdə, həmçinin İsmayıllı-Lahıc və Muğanlı-İsmayıllı avtomobil yollarında buzlaşma müşahidə edilir.
Sürücülərə ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və zərurət olmadıqda yaxın iki gün ərzində uzaq səfərləri təxirə salmaları tövsiyə olunur.
Qalereya
Oxşar xəbərlər
Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir?
Binə qəsəbəsində yerləşən 346 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə hazıdır, hətta 4 il öncə açılışı da olub, amma hələ də fəaliyyət göstərmir. BAKU.WS X...