Bakı polisi vətəndaşları xüsusi karantin rejiminə əməl etməyə çağırır - FOTO

Bakı polisi vətəndaşları xüsusi karantin rejiminə əməl etməyə çağırır - FOTO
Foto
Sosial 427

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün müəyyən etdiyi hərəkət məhdudiyyətlərinə nəzarət tədbirləri Daxili İşlər Nazirliyi (DİN) tərəfindən məqsədyönlü şəkildə davam etdirilir.

Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərini pozan şəxslər haqqında görülən hüquqi məsuliyyət tədbirləri ilə əlaqədar bildirilir ki, inzibati cərimələrin tətbiqində məqsəd təqsirkar şəxsə maddi zərər yetirmək deyil, insanları məhz müvafiq hüquq pozuntularını törətməkdən, xüsusən ciddi zərurət olmadan və müəyyən edilmiş qaydada icazə almadan evdən çıxmaqdan çəkindirmək, nəticə etibarı ilə ölkəmizin hər bir sakininin sağlamlığını qorumaqdır.

Bir daha vətəndaşlar xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və ailə üzvlərinin sağlamlığına biganə qalmamağa çağrılır.

Hava şəraitindən asılı olmayaraq, DİN əməkdaşları xüsusi karantin rejim qaydalarını mühafizə edir, tələb olunan normaları tənzimləyir.

Oxşar xəbərlər

DİN növbəti dəfə vətəndaşlara müraciət etdi

DİN növbəti dəfə vətəndaşlara müraciət etdi

Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün müəyyən etdiyi hərəkət məhdudiyyətlərinə nəzarət...

823 Sosial 18:02 09 aprel 2020

Son xəbərlər