Bakı Metrosundan XƏBƏRDARLIQ - Bu halda kartınız bloklanacaq
Son günlər sosial şəbəkələrdə Bakı Metropoliteni ilə bağlı müzakirələrə səbəb olan bir iddia yayılıb. Bildirilir ki, balansında vəsait olmayan bəzi bank kartları ilə metro stansiyalarında turniketlərdən keçmək mümkün olur. Bu iddia qısa zamanda geniş yayılaraq müxtəlif suallar doğurub və bəzi istifadəçilər bunu ödəniş sistemində texniki boşluq kimi qiymətləndiriblər.
Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı verilir. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik bloklanır:
"Qeyd edək ki, hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür", - deyə QSC-nin məlumatında vurğulanıb.
Banu Hüseynli
Oxşar xəbərlər
IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon" kütləvi ağ...