Bakı metrosunda YENİLİK - Süni intellekt qatarların hərəkətini idarə edəcək
Bakı Metropoliteni süni intellekt texnologiyalarının tətbiqini genişləndirməyə hazırlaşır.
Bu barədə qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, hazırda metropolitendə süni intellekt texnologiyalarının tətbiqi, ilk növbədə, sərnişin axınının proqnozlaşdırılması və qatarların hərəkətinin optimallaşdırılması istiqamətlərini əhatə edir.
Bundan başqa, sərnişin axınının idarə olunması məqsədilə mövcud məlumat bazası (turniket keçidləri, validator əməliyyatları, videomüşahidə sistemləri və digər mənbələr) süni intellekt vasitəsilə analiz edilir. Qarşıdakı dövrdə bu əsasda pik saatların müəyyənləşdirilməsi, sərnişin sıxlığının proqnozlaşdırılması və əlavə qatarların buraxılması kimi operativ qərarların dəstəklənməsi planlaşdırılır. Sistem həmçinin sərnişin sıxlığının real vaxt rejimində izlənilməsi, təhlili və təhlükəsizlik tədbirlərinin optimallaşdırılmasına xidmət edir.
Metropolitenin məlumatına görə, qatarların hərəkət qrafikinin optimallaşdırılması üçün süni intellekt və maşın prosesləri alqoritmlərinin tətbiqi nəzərdə tutulur:
"Bu yanaşma interval tənzimlənməsi, gecikmələrin azaldılması, enerji səmərəliliyi və s. texnoloji üstünlüklərin artırılmasına yönəlib. Gücləndirilmiş öyrənmə (reinforcement learning) və simulyasiya modelləri vasitəsilə müxtəlif senarilər əvvəlcədən qiymətləndirilir və optimal qərarların verilməsi təmin olunur. Nəticədə, simulyasiya modelləri dəyişiklikləri həyata keçirməzdən əvvəl rəqəmsal mühitdə sınaqdan keçirir və hərəkətin təşkili texnoloji proseslərin icrası zamanı səhvləri söğortalamış olur".
Son olaraq vurğulanıb ki, qeyd edilənlərlə yanaşı, süni intellekt və rəqəmsal texnologiyaların Bakı metropoliteninin istismar üzrə təsərrüfat, təmir və istehsalat sahələrində də tətbiqi istiqamətində işlər planlaşdırılır.
Banu Hüseynli
Oxşar xəbərlər
Korrupsiya barədə məlumat verən şəxs necə qorunur? - RƏSMİ AÇIQLAMA
Korrupsiya pozuntuları ilə bağlı məlumat verən şəxslərlə bağlı qanunvericilikdə bütün məsələlər tənzimlənib və onlara qarşı təzyiq hallarına görə cinayət məsuli...