Bakı metrosunda yeni texnologiyalar tətbiq oluna bilər - RƏSMİ
"Metropolitendə rəqəmsal texnologiyalara keçid qarşıda dayanan ən mühüm vəzifələr sırasındadır. Lakin metropoliten mürəkkəb sahələri, bir-biri ilə harmonik əlaqəli nəqliyyat vasitəsi olduğundan işlər mərhələli şəkildə aparılmalıdır".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
Qurumdan bildirilib ki, rəqəmsal texnologiyaların tətbiqi, ilk növbədə, metropolitenin təhlükəsiz fəaliyyəti, o cümlədən qatarların hərəkəti və sərnişin təhlükəsizliyi tələblərinə tam cavab verməlidir:
"Rəqəmsal texnologiyaların Bakı metropolitenində mühüm diaqnostika əsasında hər bir sahə üçün ən mühüm, həm də ən səmərəli və özünü təsbit edən yenilik kimi tətbiqi nəzərdə tutulacaq".
"Bakı Metropoliteni"ndən həmçinin açıqlanıb ki, dinamik hərəkət cədvəlinə keçid üçün işlər aparılacaq: "Hədəf sərnişin sıxlığının tənzimlənməsi üçün mümkün addımları atmaqdır. Pandemiyadan sonra sərnişin sayı davamlı artır. 2023-cü illə müqayisədə ötən il 10 milyona yaxın daha çox sərnişin daşınıb. Ümumən, 2024-cü ildə 230 milyondan çox sərnişin metrodan istifadə edib".
Orxan Hüseyn
Oxşar xəbərlər
Ölkənin bir sıra xəstəxanalarında yeni şöbə və tibbi xidmətlər istifadəyə verildi
Bu il ərzində tibb müəssisələrində həm yeni şöbələr açılıb, həm də bir sıra ixtisaslaşmış tibbi xidmətlərin icrasına start verilib. BAKU.WS xəbər verir ki, bu...