Bakı metrosunda sərnişinlərin istifadə etdiyi qatarlarla bağlı VACİB AÇIQLAMA
Bakı metrosunda sərnişinlərin gündəlik istifadə etdiyi qatarlar şəhərin nəqliyyat ritmini müəyyən edən əsas elementlərdən biridir. Zamanla köhnələn vaqonlar isə təkcə texniki baxımdan deyil, komfort, təhlükəsizlik və enerji səmərəliliyi baxımından da müasir tələblərlə ayaqlaşmaqda çətinlik çəkir.
BAKU.WS-in məlumatına görə, ictimaiyyəti maraqlandıran əsas suallardan biri köhnə qatarların taleyi ilə bağlıdır.
Bu məsələ metronun gələcək inkişaf strategiyasının və sərnişin rahatlığının əsas göstəricilərindən biri kimi xüsusi diqqət mərkəzindədir
Hazırda istismarda olan köhnə qatarların mərhələli şəkildə xəttdən çıxarılması planlaşdırılırmı və bu proses hansı vaxt çərçivəsində həyata keçiriləcək?
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, metropolitendə bütün vaqonlar istehsalçının müəyyən etdiyi istismar müddəti bitdikdən sonra xətdən çıxarılır:
"Vaqon parkının yenilənməsi müntəzəm xarakter daşıdığından proses hər bir vaqonun istismar müddəti əsasında, qanunvericilik və normativ qaydaların tələblərinə uyğun təmin edilir. Hazırda Bakı metropolitenində 4-cü nəsilə mənsub vaqonların sayı 180-ə çatdırılıb. Əvvəlki nəsil vaqonların yeni nəsil analoqları ilə əvəzlənməsi prosesi istismarda saxlama şərtlərinə uyğun həyata keçirilməklə, 2026-ci il də daxil olmaqla, 2042-ci ilədək aparılacaq".
Orxan Hüseyn
Oxşar xəbərlər
Sabah Mingəçevir və Bərdədə qaz olmayacaq
Sabah Mingəçevir şəhərinin və Bərdə rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirk...