Bakı metrosunda köhnə və yeni nəsil qatarların sayı bərabərləşib
Bakı metrosunda köhnə nəsil qatarların sayı ilə yeni nəsil qatarların sayı bərabərləşib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC idarə heyətinin sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ötən ilin sonlarında Rusiyadan alınan 30 yeni vaqonun (6 qatar) istismara verilməsi ilə mühüm balans yaranıb: "Hazırda yeni qatarların alınması məqsədilə bir neçə istiqamətdə danışıqlar aparırıq. Söhbət həm ənənəvi Rusiya istehsalçılarından, həm Çin, həm də Avropanın bir çox inkişaf etmiş vaqon istehsalçılarından gedir. Doğrudur, bununla bağlı yekun qərar yoxdur. Amma artıq hər bir istehsalçı ilə mütəmadi olaraq görüşlər aparılır".
Oxşar xəbərlər
Hansı şəxslərə idman etmək olmaz? – Həkimlər xəbərdarlıq edir
Mütəxəssislər bəzi hallarda fiziki aktivliyin sağlamlıq üçün riskli ola biləcəyini bildirir. Hipertoniya xəstəliyi nəzarətsiz olan şəxslərə ağır idman tövsiyə e...