Bakı metrosunda bank kartları və mobil ödənişlə keçid mümkündür
Bakı metropolitenində keçid zamanı test rejimində NFC texnologiyasını dəstəkləyən bütün yerli bank kartları, eləcə də Apple Pay və Google Pay vasitəsilə ödəniş etmək mümkündür.
Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
"Yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında - "Xocəsən", "Avtovağzal", "Memar Əcəmi" və "8 Noyabr"da - sınaq mərhələsində tətbiq olunur və yaxın zamanda bütün xətlər üzrə aktivləşdiriləcək.
Sınaq mərhələsində texniki çətinliklərlə qarşılaşdıqda, sərnişinlər "BakıKart" və ya digər mövcud ödəniş üsullarından istifadə edə bilərlər", - deyə qeyd olunub.
Oxşar xəbərlər
Ekspert: "Dövlət xaricə təhsilə göndərilən hər tələbə üçün 40-50 min dollar sərf edir" - MÜSAHİBƏ
Xaricdə təhsil üzrə Dövlət Proqramı Azərbaycanda gənclərin xaricdə ali təhsil imkanlarını genişləndirir. Lakin proqramın tətbiqi, seçim meyarları və şəffaflıq m...