Bakı metrosuna 2 yeni qatar gətirilib
"Bakı Metropoliteni" QSC-nin sifariş etdiyi qatarlardan daha 2-si paytaxta çatdırılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
"3 il ərzində Bakı metrosuna 13 yeni qatar və yaxud 65 yeni vaqon gətirməlidir. Bu qatarların 7-si 2024-cü ildə çatıdırılmalıdır. Yeni gətirilmiş 2 qatarın tənzimləmə-sınaq işləri müvafiq sənədləşmə prosedurları başa çatdıqdan sonra həyata keçiriləcək. Növbəti aylarda da gətiriləcək qatarlarla metropolitendə "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində qatarların böyük əksəriyyətini yeni nəsil qatarlar təşkil edəcək", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva oktyabrın 26-da Şamaxıdakı "Nəsimi Bağları" kompleksində olublar. BAKU.WS xəbər verir ki...