Bakı metrosu sabah gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Yeniliklərdən dərhal xəbərdar olun
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Məlumata əsasən, anım tədbirinin keçiriləcəyi "20 Yanvar", eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən "İçərişəhər" və "Elmlər Akademiyası" stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq. Qatarların hərəkət qrafiki dəyişdiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.
Saat 12:00-da bütün metro stansiyalarında qatarların hərəkəti dayandırılacaq və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...