Bakı metrosu: Avtobus və taksi xidmətləri ilə inteqrasiya gücləndiriləcək
"Bakı Metropoliteni" QSC-nin "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilməsi ictimai nəqliyyat sahəsində idarəetmənin daha təkmil şəkildə təşkil edilməsinə, xidmətlərin qarşılıqlı inteqrasiyasının gücləndirilməsinə və şəhər mobilliyinin daha səmərəli təmin olunmasına yönəlib.
BAKU.WS xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin yaydığı açıqlamada bildirilib.
"Yenidən təşkil çərçivəsində ictimai nəqliyyat sistemində vahid və əlaqələndirilmiş idarəetmə modelinin tətbiqi, xidmət keyfiyyətinin artırılması, rəqəmsal həllərin genişləndirilməsi və sərnişin rahatlığının daha da yüksəldilməsi istiqamətində mərhələli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda metro, avtobus, tramvay və taksi xidmətləri arasında inteqrasiyanın daha da gücləndirilməsi, ictimai nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun inkişaf etdirilməsi, sərnişindaşıma xidmətlərində təhlükəsizlik və operativliyin artırılması, eləcə də şəhərdaxili hərəkətin daha rahat və səmərəli təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Yenidən təşkil prosesi çərçivəsində sərnişinlərə göstərilən xidmətlərin fasiləsizliyi təmin ediləcək, mövcud marşrut və xidmətlər üzrə fəaliyyət davam etdiriləcək", - deyə açıqlamada qeyd olunub.
Oxşar xəbərlər
Bakıda qəbiristanlıqda DƏHŞƏT: Üçmərtəbəli ev tikdilər, qəbirlər dağıntılar altında qaldI
Səbail rayonunun Badamdar qəsəbəsində yaşayan bir qrup sakin Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, qəsəbə ərazisindəki qəbiristanlıqda son ill...