Bakı Metropoliteninin yeni stansiyası açılışa tam hazırdır - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı metropoliteninin “Xocəsən” stansiyası və “Xocəsən” elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini Hidayət Məmmədov deyib.
Qurum rəsmisi bildirib ki, hazırda stansiyada sınaq işləri aparılır:
“Stansiyanın ilin sonuna kimi istifadəyə verilməsi gündəmdədir. Artıq stansiya və elektrik deposunda işlər yekunlaşıb. Hazırda stansiyada sınaq-sazlama işləri aparılır, qatarların hərəkətinin təşkili son mərhələdədir. İşlər tam başa çatdırılandan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...