"Bakı Metropoliteni"ndən informasiya təhlükəsizliyi ilə bağlı YENİLİK
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti paytaxtın metro sistemində informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində növbəti addım atır.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bununla bağlı qurum tərəfindən xüsusi xidmətlərin satın alınması üçün tender elan edilib.
Müsabiqənin ümumi dəyəri 342 min 779,69 manat təşkil edir. Layihənin əsas məqsədi, "Bakı Metropoliteni"nin informasiya sistemlərinin təhlükəsizliyini artırmaq, kibertəhdidlərə qarşı dayanıqlığı gücləndirmək və rəqəmsal mühitdə fasiləsiz iş rejimini təmin etməkdir.
Qeyd edək ki, son illərdə "Bakı Metropoliteni" həm infrastruktur, həm də texnoloji baxımdan modernləşmə prosesini davam etdirir. İnformasiya təhlükəsizliyi üzrə xidmətlərin satın alınması isə bu strategiyanın tərkib hissəsi olaraq, sərnişin məlumatlarının qorunması və əməliyyat sistemlərinin təhlükəsizliyinin təmininə yönəlib.
Oxşar xəbərlər
Xaricdən məhsul sifarişlərində bəyənnamə şərtlərindəki dəyişiklik nədən ibarətdir?
İyun ayından gömrük bağlamaları yeni qaydada bəyan ediləcək. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi "Smart Customs" saytından və m...