"Bakı Metropoliteni"ndən gediş haqqı ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər ictimaiyyətdə Bakı metrosunda gedişhaqqının artırılacağı ilə bağlı müzakirələr gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə və ictimai rəydə qiymətlərin dəyişəcəyi ilə bağlı fərqli fikirlər səslənir.
Bəzi ekspertlər artım ehtimalını qaçılmaz sayır, digərləri isə mövcud tariflərin saxlanılmasının vacibliyini vurğulayır.
Məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, qurumun metro nəqliyyat növündə gediş haqqı tariflərini tənzimləmək səlahiyyəti yoxdur: "Həmçinin "Bakı Metropoliteni" QSC-də tariflərə yenidən baxılması barədə hər hansı məlumat mövcud deyil".
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...