"Bakı Metropoliteni"ndə yeni təyinat
"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis təyin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Asəf İsgəndərli "Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə rəis təyin edilib.
Qeyd edək ki, Asəf İsgəndərli 1990-cı ildə anadan olub. 2008-2012-ci illərdə Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Maliyyə ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə həmin fakültədə Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb.
2013-2017-ci illərdə Qafqaz Universiteti və Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, 2017-2025-ci illərdə "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-də və "Azərsun Holdinq" MMC-də maliyyə sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Oxşar xəbərlər
Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndidə növbəti əmək yarmarkası təşkil edəcək. Bu barədə BAKU.WS-ə nazi...