"Bakı Metropoliteni" əməkhaqqı siyasəti ilə bağlı açıqlama yaydı

""Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində əməkhaqqı ödənişləri Cəmiyyətin təsdiq edilmiş büdcəsi çərçivəsində, əməkhaqqı fondunun ayrılmış məbləğinə uyğun olaraq plan üzrə və tam həcmdə həyata keçirilir. Ödənişlərin icrası əmək müqavilələrinin şərtlərinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə təmin olunur".
BAKU.WS xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.
"Bakı Metropoliteni" QSC tərəfindən cari ilin yanvarın 1-dən etibarən müvafiq tədbirlər həyata keçirilmiş, minimum əməkhaqqında edilən dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq əməkdaşların əməkhaqqına tətbiq edilmişdir. Hazırda Bakı Metropolitenində əmək haqqı qanunvericiliyin tələblərinə tam uyğundur və qurumun ödənilməmiş əmək haqqı öhdəliyi yoxdur.
Əməkhaqqı artımları Cəmiyyətin təsdiq edilmiş büdcəsi, gəlir və xərclər nəzərə alınmaqla, korporativ idarəetmə prinsipləri çərçivəsində qəbul edilən qərarlar əsasında həyata keçirilə bilər. Hazırda Cəmiyyətin belə artımlarla bağlı hər hansı öhdəliyi mövcud deyildir.
Əməkhaqqı məbləğlərinə dair hər hansı dəyişiklik və ya yenilənmə baş verdiyi halda, bu barədə əməkdaşlar və aidiyyəti qurumlar rəsmi qaydada məlumatlandırılacaqdır.
Oxşar xəbərlər
AQTA-dan 14 keytrinq xidməti müəssisəsində yoxlama - Nöqsanlar aşkarlanıb
Bu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirilib. BAKU.WS xəbər verir ki, bu barədə...
