Bakı hava limanında yanğın-xilasetmə təlimləri keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin yanğın bölmələri və xilasetmə dəstələri Heydər Əliyev Beynəlxalq Aeroportunun müxtəlif obyektlərində, o cümlədən uçuş-enmə zolağında, aerovağzal kompleksində, yanacaq-sürtkü materialları anbarında, aeronaviqasiya qurğularında və təyyarə anqarında şərti yanğınsöndürmə və xilasetmə işləri aparır.
AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, təlimlərin məqsədi artan mürəkkəblik şəraitində yanğının söndürülməsi və sərnişinlərin xilas edilməsi üçün yanğın bölmələrinin və xilasetmə qruplarının hazırlıq səviyyəsini, yanğın su təchizatı mənbələrinin istismara yararlılığını yoxlamaqdır.
Yanğınsöndürmə briqadaları və xilasedicilər vəziyyəti səriştəli şəkildə qiymətləndirməli, yanğının miqyasını minimuma endirməklə simulyasiya edilmiş fövqəladə halın ağırlaşmasının qarşısını almalı, sonradan təxliyə və ilkin tibbi yardım göstərməklə zərərçəkənlərin axtarışını vaxtında təşkil etməlidir.
Kompleks təhlükəsizlik tədbirləri çərçivəsində bu cür təlimlər mütəmadi olaraq keçirilir və hava limanının əməkdaşlarının fövqəladə hallara hazırlanmasının mühüm tərkib hissəsidir.
Oxşar xəbərlər
AQTA: "38 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 37 ticarət müəssisəsi və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...