Bakı Enerji Həftəsinin açılışı çərçivəsində 3 elektrik stansiyasının təməli qoyulacaq

Bakı Enerji Həftəsinin açılışı çərçivəsində 3 elektrik stansiyasının təməli qoyulacaq
Sosial 37

Bu gün Bakı Enerji Həftəsinin açılışı çərçivəsində Azərbaycanda “Masdar” şirkətinin inşa edəcəyi üç elektrik stansiyasının təməli qoyulacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.

“3 elektrik stansiyasının ümumi gücü 1 000 MVt olacaq. Artıq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə müvafiq müqavilələr imzalanıb. Şirkət Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək”, - o vurğulayıb.

Onun sözlərinə görə, bu layihələrə ümumi sərmayə təxminən 1 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər