Bakı Dəmir Yolu Vağzalının sanitar qovşaqlarından istifadə ÖDƏNİŞLİ OLDU
Bakı Dəmir Yolu Vağzalının sanitar qovşaqlarından istifadə ödənişli olub.
BAKU.WS İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, Bakı Dəmir Yolu Vağzalının sanitar qovşaqlarında əsaslı təmir işləri aparılıb:
"Sanitar-epidemioloji tələblər çərçivəsində gigiyenik şəraitin təmin olunması məqsədilə təmirdən sonra bu obyektlərdən istifadə üçün ödənişli sistemin tətbiqinə başlanıb. Hazırda bu məbləğ 50 qəpik olaraq müəyyən edilib".
Qeyd edilib ki, sanitar qovşaqların ödənişsiz olduğu əvvəlki dövrlərdə bu məkanlardan nizamsız, təyinatdankənar istifadə nəticəsində antisanitar vəziyyət yaranır və bu da sərnişinlərin haqlı narazılığına səbəb olurdu: "Turniket sisteminin quraşdırılması ilə bu kimi xoşagəlməz halların qarşısı alınıb, sözügedən obyektlərdə təmizlik və gigiyenanın təmin edilməsi üçün nəzarət gücləndirilib".
Qeyd edək ki, hazırda bu sistem yalnız Bakı Dəmir Yolu Vağzalında tətbiq edilir.
Oxşar xəbərlər
Bakı Dəmiryol Vağzalında vətəndaşları SEVİNDİRƏCƏK YENİLİK
Bakı Dəmiryol Vağzalında üztanıma ilə ödəniş sisteminin tətbiqinə hazırlıq gedir. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, yaxın günlərdə bu sistemin sərnişinl...