Bakı Dairəvi yolundakı çökəklik avtomobillərə ziyan vurur - ŞİKAYƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Dairəvi yolunun sürücülər arasında "İpək yolu" kimi tanınan hissəsində yaranan problem aylardır həllini tapmır.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sölərinə görə, söhbət Dairəvi yoldan Salyan şossesi istiqamətinə birləşən köməkçi yolun yaxınlığındakı əsas hərəkət hissəsindən gedir. Həmin ərazidə yol örtüyündə əmələ gələn iri çökəkliklər 5-6 aydır ki, təmirsiz vəziyyətdə qalıb.
Sürücü bildirib ki, yoldakı çökəkliklər səbəbindən avtomobillərin alt hissəsi dəfələrlə asfalt örtüyünə dəyir. Xüsusilə minik avtomobilləri üçün bu vəziyyət həm təhlükə yaradır, həm də nəqliyyat vasitələrinə ciddi ziyan vurur.
Maraqlıdır ki, bir müddət əvvəl həmin ərazidə təmir işləri aparılıb. Lakin işlər yalnız köməkçi yolda həyata keçirilib.
Həmin ərazidən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...