Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə martın 18-də əlavə qatar reysləri təyin edir.
BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.
"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), "ADY Mobile" tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz", - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Bir neçə şəhərlərarası və paytaxtın qəsəbədaxili müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Bir neçə şəhərlərarası və paytaxtın qəsəbədaxili müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır. Bu barədə BAKU.WS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən...
