Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

06
mar
2025
17:43
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 8 və 9 martda əlavə qatar reysləri təyin edir.
BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.
"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), "ADY Mobile" tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz",- deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
İftar vaxtı – 7 mart 2025: Ramazanın 7-ci günü
Ramazanın yeddinci günü – 7 mart 2025-ci il üçün Azərbaycanda oruc vaxtları: ✅ İmsak (orucun başlanğıcı): 05:40✅ İftar (orucun bitməsi): 18:53 İmsak və İftar...
