Bakı-Ağstafa-Bakı marşrutu üzrə sürət qatarından istifadə edənlərin nəzərinə - Qarşıdakı günlərdə…

Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram tətilində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət ekspres sürət qatarını əlavə reysə cəlb edib.
BAKU.WS xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, yanvarın ikisi, dördü və beşində qatar saat 16:00-da Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın üçü, beşi və altısında isə saat 08:30-da Ağstafadan Bakıya yola düşəcək.
“Bundan başqa, Bakı-Ağstafa-Bakı marşrutunda qatarlarımız tətil günlərində hər gün ənənəvi cədvəllə də hərəkət edəcək. Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz”, - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
“Başqası ilə getsinlər” - Pik saatları “səhv salan” ekspres qatarı kimə lazım idi? + FOTO
Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Sumqayıt-Bakı ekspres qatarı fəaliyyətə başlayıb. Ekspres qatarı heç bir stansiyada dayanmadan birbaşa hərəkət...