Bakı aeroportunun baqaj bölməsində taksi üçün ödəmə köşkləri quraşdırılıb
Heydər Əliyev Beynəlxalq Aeroportunun baqaj bölməsində "Bakı Taksi Xidməti" MMC-nin ödəmə köşkləri quraşdırılıb.
BAKU.WS report-a istnadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, bu köşklər vasitəsilə sərnişinlər baqaj gözlədikləri vaxt "Bakı Taksi Xidməti"ndən maşın sifariş edə bilərlər. Sifariş zamanı həm nağd, həm də bank kartları ilə ödəniş imkanı mövcuddur. Sərnişinlər ödəmə köşkündə əvvəlcədən ünvan seçib sifariş etdikləri taksi ilə qəbz vasitəsilə rahat şəkildə səfərlərini həyata keçirə bilərlər.
Oxşar xəbərlər
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Yağışa görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən m...