Bakıda “Yeniyetmələr üçün şəxsi inkişaf proqram” işə başlayır
15
okt
2018
14:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün, texnologiya, innovasiyalar və gündəlik iri həcmli informasiya qəbulu dövründə, yeniyətmələrin real həyatı qəbul etməməsi və özlərinə yeni bir dünya kəşf etməkləri üçün şərait yaranır. Bu dünyada isə onlar ya tək olur, ya da özlərinə virtual bir obrazlar fikirləşərək onlar ilə dostluq edirlər.Bunlar hamısı yeniyetmənin özünə qapanmasıma, yalnız qalmasına, valideyn və dostlar ilə ünsiyyətin pozulmasına, stressə tab gətirməməsinə, mübahisəli situasiyalarda özünü apara bilməməsinə və gələcəyə ümidlərin itirilməsinə gətirib çıxardır.Məhz bu problemləri nəzərə alaraq “Green Line” Psixologiya Mərkəzi xüsusi qrupların yaradılmasına başlayıb. Bu qruplarda yeniyetmələr öz həmyaşıdları ilə birgə görüşərək, ünsiyyət yaradacaq, xüsusi təlimlərdən keçəcək. Bunun nəticəsində qrup iştirakçıları özlərinə yeni dostlar qazanacaq və əksər yeniyətmə dövrünün problemlərindən qurtulacaqlar.Proqram 6 ay dövrü üçün nəzərdə tutulub. Görüşlər həftədə 1 dəfə olacaq. Vaxt öncədən razılaşdırılacaq.Aşağıda Proqramın planı təsvir olunub:1.Birinci görüş. İştirakçılar və təlimçi ilə tanışlıq. Birlik və mehribanlıq atmosferasının yaradılması2.“Ünsiyyətin insanın həyatında rolu”. Qrupun daha da bir olması, konstruktiv ünsiyyətin inkişafı, dinləmək bacarığının inkişafı, öz fikrini çatdırmaq qabiliyyətinin inkişafı, digər insanları anlama3.“Bizim emosiyalar”. Hiss və emosiya barədə biliklərin artırılması, emosiyaları biruzə vermək bacarığının formalaşması4.“Mən” obrazı. Öz dünyama baxış, özünü qəbul etmə, özünü qiymətləndirmənin artırılması, pozitiv “Mən” obrazının yaradılması5.“Küsmə”. Kindən necə qurtulmalı, bağışlamaq bacarığının formalaşması, müxtəlif situasiyalara alternativ yanaşmalar.6.“Konfliktlər”. Konflikt situasiyalarda özünü aparmaq qaydaları, konflikt situasiyaların həll yolları7.“Motivasiya”. Özünü hər gün necə motivasiya etməli, ilham mənbəyi, ideallar və kumirlər8.“Gələcək mənim əlimdədir”. Həyatda məqsədlərin təyin olunması və müzakirəsi, onlara necə çatmaq yollarının və üsullarının müzakirəsi.9.“Peşə seçimi” üzrə testlər. Düzgün peşə seçimi üzrə məsləhətlər, müzakirələr10.“Dostlar”. Düzgün dostu necə seçməli mövzuları əsasında müzakirələr və məsləhətlər11.“İctimaiyyətdə özünü necə aparmaq” mövzusu əsasında müzakirələr və məsləhətlər12.Nəticələrin müzakirəsiQruplara qeydiyyat artıq başlayıb və 3 gün ərzində davam edəcək. Yerlər məhduddur. Bütün suallar üzrə +994508747807 nömrəsi ilə əlaqə saxlamaq yaxud narmin.khudiyeva@greenline.az email ünvanına yazmaq olar.
Oxşar xəbərlər
Bakıda qazanxananın tüstü bacasından özünü atmaq istəyən şəxslər xilas edilib
Bakı şəhərinin Səbail rayonunda 4 nəfər qazanxananın tüstü bacasına çıxaraq intihara cəhd ediblər.BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məl...