Bakıda pensiyasını götürmək istəyən kişi bir hərəkəti ilə hər kəsi təəccübləndirdi (FOTO)
11
okt
2018
16:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda maraqlı hadisə baş verib. BAKU.WS-in məlumatına görə, vətəndaş Məhəmmədəli Əliheydərov bankomatdan pul çıxararkən ATM-də 350 manat olduğunu görüb. Bankomata öz pensiyasını çıxarmaq üçün yaxınlaşan Məhəmmədəli Əliheydərov ondan əvvəl bankomatdan pul çıxaran şəxsin 350 manat pulu orada unutduğunu görüb.Sahibini tapmadığı üçün pulu bankomatın aid olduğu banka təhvil verib. Bank əməkdaşları bankomat əməliyyatlarını araşdıraraq həmin müştərini taparaq pulu sahibinə təhvil veriblər. Məhəmmədəli Əliheydərovun bu addımı sosial şəbəkələrdə rəğbətlə qarşılanıb. Qeyd edək ki, bu hadisə bir müddət öncə baş verib. Ancaq vətəndaşın bu addımı sosial şəbəkələrdə hələ də geniş müzakirə olunur. İnsanlar Məhəmmədəli Əliheydərovun bu addımını alqışlayır.BAKU.WS
Məhəmmədəli Əliheydərov
Oxşar xəbərlər
Bakıda qadın əczaçını belə aldatdı – VİDEO
Bakıda aptekdə əczaçıya qarşı fırıldaqlıq olub.BAKU.WS xəbər verir ki, müştəri kimi aptekə girən qadın bir ədəd müalicəvi şampun alıb bu vaxt qadın nəinki aldığ...