Babək prospektində yenidən su və kanalizasiya xətləri çəkiləcək? - RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)

Babək prospektində yenidən su və kanalizasiya xətləri çəkiləcək? - RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)
Sosial 2440
"Azərsu" ASC Babək prospektində yenidən su və kanalizasiya xətlərinin çəkiləcəyi barədə yayılan xəbərlərə aydınlıq gətirib."Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı BAKU.WS-ə bildirib ki, bu barədə yayılan xəbərlərin heç bir əsası yoxdur. "Sosial şəbəkələrdə, bəzi saytlarda, 90 FM (İctimai radioda) Babək prospektində "Azərsu" ASC tərəfindən su xətlərinin çəkilməsi ilə əlaqədar prospektin yenidən qazılacağı barədə dəqiqləşdirilməmiş məlumat yayılıb. Rəsmi olaraq bildirirk ki, bu yalan məlumatdır və prospektdə yeni su xətlərinin tikintisi nəzərdə tutulmur", - deyə Anar Cəbrayıllı əlavə edib.19:40“Azərsu” SC Bakının Babək prospektində yol boyu su və kanalizasiya xətlərinin tikintisinə təxminən 1 milyon 500 min manat yönəldəcək.BAKU.WS "Marja" istinadən xəbər verir ki, sözügedən işlər prospektin yenidən qurulması çərçivəsində həyata keçirilir.Məlumata görə, "Protean Construction" MMC ilə 1 milyon 480,5 min manat dəyərində müvafiq müqavilə imzalanıb. Müqavilə “Babək prospektinin yenidən qurulması ilə əlaqədar yol boyu su və kanalizasiya xətlərinin tikintisi”ni nəzərdə tutur.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Azərsu"ya 23 milyon manat ayrıldı

"Azərsu"ya 23 milyon manat ayrıldı

Prezident İlham Əliyev Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncamda...

1001 Siyasət 19:24 19 dekabr 2018

Son xəbərlər