Babək, Culfa və Ordubaddakı mədəniyyət saraylarında əsaslı təmir işləri aparılacaq

Babək, Culfa və Ordubaddakı mədəniyyət saraylarında əsaslı təmir işləri aparılacaq
Foto
Sosial 4

Naxçıvanda mədəni irsin qorunması və mədəniyyət müəssisələrinin inkişafı istiqamətində yeni layihələr həyata keçiriləcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən tarixi-mədəni irsin qorunması, abidələrin mühafizəsinin gücləndirilməsi və mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yenilənməsi istiqamətində yeni tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Planlaşdırılan tədbirlər çərçivəsində tarixi-mədəni abidələrin daha geniş şəkildə tanıdılması və onlar barədə məlumatların ictimaiyyətə çatdırılması məqsədilə abidələrin ərazilərində məlumat lövhələrinin quraşdırılması həyata keçiriləcək.

Bununla yanaşı, Babək, Culfa və Ordubad rayonlarında fəaliyyət göstərən mədəniyyət saraylarında əsaslı təmir işləri aparılacaq.

Hazırda layihələrin icrası ilə bağlı hazırlıq işləri davam etdirilir. Bu məqsədlə layihə-smeta sənədlərinin hazırlanması üçün Nazirlik tərəfindən müvafiq şirkətlərlə müqavilələr bağlanılıb.

Digər mühüm istiqamət isə tarixi-mədəni irs nümunələrinin mühafizəsinin gücləndirilməsidir. Bu məqsədlə abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi nəzərdə tutulur.

Babək, Culfa və Ordubaddakı mədəniyyət saraylarında əsaslı təmir işləri aparılacaq

Babək, Culfa və Ordubaddakı mədəniyyət saraylarında əsaslı təmir işləri aparılacaq

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər