Azərbaycanda TRT 1 yayımı bərpa edildi

Azərbaycanda TRT 1 yayımı bərpa edildi
Sosial 1391
 

Türkiyənin TRT 1 telekanalının Azərbaycanda yerüstü rəqəmli yayımı ilə bağlı Milli Televiziya və Radio Şurası (MTRŞ) və TİKA arasında razılıq əldə olunub.

BAKU.WS-in APA-ya istinadən verdiyi xəbərdə deyilir ki, MTRŞ-nın Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov APA-ya analoq yayımla bağlı müqavilə olduğu üçün yeni müqavilənin bağlanmasına ehtiyac qalmadığını bildirib.

Şöbə müdiri qeyd edib ki, mövcud müqavilə 2018-ci ilə qədər qüvvədədir: "TİKA və MTRŞ arasında razılıq əldə olunub, TRT 1 telekanalının yaxın zamanlarda yayımı bərpa olunacaq. Bakı şəhəri və Abşeron yarımadası ərazisində TRT 1 48-ci TV yayım kanalında, bölgələrdə isə ümumölkə TV proqramları ilə eyni paketdə yayımlanacaq. Rəqəmli TV yayımına keçilməsi bu telekanalın ölkəmizdə yayımlanması üçün heç bir texniki problem yaratmamışdı. Sadəcə rəqəmli yayım üzrə yayımın şərtləri analoq yayımının şərtlərindən fərqli olduğuna və TRT 1 rəhbərliyi bu şərtləri araşdırmadığına görə telekanalın Azərbaycanda yayımı dayandırılmışdı”.

Qeyd edək ki, Azərbaycanlı rəqəmli TV yayımına keçildikdən sonra TRT 1-in yerüstü yayımı ötən ildən dayandırılıb. Noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si bölgələrdə analoq TV yayımı dayandırılıb. Azərbaycanda yalnız rəqəmli TV yayımı həyata keçirilir. TRT 1 Azərbaycan və Türkiyə hökumətlərarası (TRT 1, keçmiş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Milli Televiziya və Radio Şurası arasında imzalanmış) müqaviləyə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanıb.

Sosial səhifələrdə paylaş

Arzu Mirzəyeva

BAKU.WS 

Oxşar xəbərlər

Azərbaycanda rəqəmsal yayıma tam keçidin vaxtı bilindi

Azərbaycanda rəqəmsal yayıma tam keçidin vaxtı bilindi

Dekabrın 20-dən analoq televiziya yayımı daha 14 rayonda dayandırılacaq. Bu barədə BAKU.WS-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsala...

1082 Sosial 14:14 19 dekabr 2016

Son xəbərlər