Azərbaycan universitetində ilk - valideynlər imtahanda
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) təhsil naziri Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən, universitetin ictimaiyyətlə əlaqələr departamentinin təşkilatçılığı ilə imtahan sessiyasının gedişini izləmək üçün monitorinq keçirilib.
ANS PRESS-in məlumatına görə, keçirilən monitorinqdə ilk dəfə olaraq KİV təmsilçilərindən əlavə olaraq valideynlər də iştirak ediblər.
Bu addım yay imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsi məqsədilə atılıb.
Monitorinqdə Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, "Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə və s. təhsil ekspertləri iştirak ediblər.
Tələbələrin qarşılıqlı və mütəmadi əlaqədə olmalarına şərait yaradılması üçün universitetin İctimai Nəzarət Şurası da yaradılıb. Bundan sonra hər bir tələbə təhsildə qarşılaşdığı problemi Nəzarət Şurasına deyə və bu problemi həll edə bilər.
BAKU.WS
Oxşar xəbərlər
Bu il ali məktəblərə qəbul imtahanlarının minimal bal həddi açıqlandı
"Azərbaycanda 2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının müsabiqəsində iştirak etmək üçün minimal bal həddi 200 nəzər...