Azərbaycan Texnologiya Universitetində pul davası: 2494, 2445 AZN

Azərbaycan Texnologiya Universitetində pul davası: 2494, 2445 AZN
Sosial 3016
Gəncədə yerləşən Texnologiya Universitetində özbaşnalıq iddiası ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub. Məktubun müəllifi Azər Allahverdiyev özünü Texnologiya Universitinin əməkdaşı kimi təqdim edib. “Dövlət imtahanı və Diplom müdafiəsi üçün “kurs” yaradıb, tələbələrdən bank hesabına 500 manat ödədilməsi valideyinlərdə narazılığa səbəb olur.” "Texnologiya Universitetində özbaşınalıq tüğyan edir"Onun fikrincə, 2013-cü ilin mart ayında Akif Süleymanov rektor vəzifəsinə təyin edilən sonra təhsil müəssisəsində yaxşılığa doğru heç bir dəyişiklik baş verməyib. “Universitetin bütün maddi – texniki bazasını məhv edib. Heç bir idarəçilik qabiliyyəti olmayan bu adam rəhbərlik etdiyi 5 il müddətində universiteti iflic vəziyyətinə salıb. Akif Süleymanov üçün idarəçilikdə heç bir sərhəd, qayda - qanun yoxdur. Onun törətdiyi qanunsuzluqlardan bəzilərini, yəni üzdə olanlarını nəzərinizə çatdırırıq.”A. Allahverdiyevin qənaətinə görə, rektora yaxın olan bəzi əməkdaşlar universitetin büdcəsindən külli miqdarda vəsaiti 2015 ci ilin avqust ayından bu günə kimi mənimsəməkdə davam edirlər. "Universitetin ümumi büdcəsi gizlədilir. Universitetin ştat cədvəli və maaşlar məxvi saxlanılır. Maaş bölgüsü qeyri qanuni aparılır. Kollektivin əsas hissəsi 120 - 250 manat əmək haqqı aldığı halda 2015 ci ilin 31 avqust ayınından təyin olunan, o zaman elmi adları belə olmayan şəxslər hal- hazırda yuxrıda yazılan əmək haqqından daha çox maaş alırlar."
O əlavə edib ki, rektor öz adamlarını yerləşdirmək üçün Universitetdə uzun müddət çalışan dosentləri və elmlər doktorlarını, texniki işcilərini vəzifələrindən uzaqlaşdırıb, ya da müxtəlif təzyiq vasitələrindən istifadə edərək universitetdən kənarlaşdırıb. “2013 cü ildən bu günə kimi, 30 nəfərə yaxın professor, dosent, 100 dən çox texniki işcini işdən kənarlaşıdran Akif Süleymanovu durdurmağın vaxtıdır. Akif Süleymanov Universitetin maddi texniki bazası kimi elmi potensialınıda məhv edib.”"Bu tamamilə sərsəm bəyanatlardır"Məsələ ilə bağlı Texnoloqiya universitetin mətbuat katibi Rasim Əliyevə müraciət etdik. O qeyd etdi ki, adıçəkilən şəxs Universitetdən keçən ilin sonu əmək intizamın pozulmasına görə kənarlaşdırılıb.“Təsəvvür edin bu adam günlərlə işə gəlməyib. Bu universitetdə kompyuter operatoru olub. Günlərlə bölməyə getməyib, rəhbərliyin tapşırığına, çağırışlarına cavab verməyib. Əmək intizamsızlığı ilə bağlı etika komissiyası onunla bağlı qərar verib.” Universitetlə keçmiş əməkdaşı arasında hətta məhkəmə çəkişmələri olub. A. Allahverdiyevun “kurs yaradılması” iddiasına Universitet rəsmisinin cavabı belə olub. “Onun dediyi Davamlı inkişaf mərkəzi Universitetin elmi şurasının qərarı ilə yaradılıb. Mərkəz tərəfindən xeyli sayda kurs təşkil olunur. Bunlar ödənişsizdir amma əgər kənardan mütəxəssis cəlb ediriksə, o zaman onların qonorarlarını ödəmək üçün iştirak edən tələbədən ancaq bank yolu ilə müəyyən məbləqdə vəsait alınır. Sonra həmin vəsait Universitetin hesabına köçürülür.” R.Əliyevin sözlərinə görə, prorektorlar universitetlə Təhsil Nazirliyi tərəfindən təyin edilir lakin onların əmək haqqlarının müəyyənləşdirilməsi səlahiyyəti universitet rəhbərliyinə aiddir.“Əmək haqqları Universitetdə differensial qaydada yəni fərglənmlərinə prinsiplərinə görə edilir. Var müəllim 500 manat alır, var kim 600 alır. Burda müəllimlərin elmi-pedaqoji fəaliyyəti, elmi ad və dərəcələri, xarici dil bilikləri, müasir-innovativ texnoloqiyalara bələd olması və s. Kafedra müdrləri 800-1000 mamat. Dekanlar 1000-1200 manat.“ Universitetdən 30-dək professorun uzaqlaşdırılmasına münasibət bildirən mətbuat-katinin sözlərinə görə, müəllim heyəti aid bir nəfər işdən uzaqlaşdırılmışdı lakin sonra yenidən işinə bərpa olunub. Bundan başqa çıxan insanlar öz ərizəsi ilə Universitetdən çıxıb. “Maddi-texniki bazasının məhv edilməsinə gəldikdə, bu tamamilə sərsəm bəyanatdır. Universitetdə yeni təlim-tədris mərkəzi, laboratoriya qurulub və s.“ İsmayıl Fətəliyev BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan universitetlərinin rektorları kimlərdir? - SİYAHI

Azərbaycan universitetlərinin rektorları kimlərdir? - SİYAHI

Təhsil üzrə ekspert, tarixçi Kamran Əsədov Azərbaycanda fəaliyyət göstərən dövlət universitetlərinin siyahısını və onların rektorları barədə məlumat yayıb.BAKU....

3626 Sosial 14:21 30 yanvar 2018

Son xəbərlər