Azərbaycan polis maşınları üçün üz tanıya bilən xüsusi "miqalka"lar alır (FOTO, VİDEO)
Azərbaycan Türkiyədən polis maşınları üçün nəzərdə tutulan xüsusi "miqalka"lar alacaq.
BAKU.WS-in məlumatına görə, bu barədə "Ekin Technology" şirkətinin rəhbəri Akif Ekin söyləyib. O bildirib ki, Azərbaycanla 400 cihaz satişı üzrə müqavilə imzalanıb. Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirliklərindən (250), Qətər və Səudiyyə Ərəbistanından da bu "miqalka"lar üçün sifariş verilib.
Azərbaycan artıq bir neçə aydır ki, polis maşınlarında bu tipli xüsusi "miqalka"lardan istifadə olunur. Bu xüsusi cihazlar avtomobilin sürətini ölçmək, avtomobilin dövlət nömrə nişanını müəyyən etmək kimi funksiyalarla təchiz edilib. Ancaq yeni alınacaq "miqalka"lar daha da modernləşdirilib və yeni funksiyalar əlavə olunub. Belə ki, yeni cihazlar vasitəsi ilə üz tanımaq, silah səsinin gəldiyi istiqaməti müəyyən etmək mümkün olacaq.
"Miqalka"lar daha dəqiq desək radar funksiyasını yerinə yetirə bilir. Sürəti ötmüş avtomobil haqqında bütün məlumatlar qısa zamanda cihaza ötürülür. İstehsalçı şirkətin rəhbəri bildirir ki, bu məlumatlar cihazın yaddaşında 60 gündən çox qalır.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Bakı sürücüləri üçün yenilik: parkomatlarda kartla ödəniş etmək mümkün olacaq
Bundan sonra Bakıda parkomatlara ödənişi təkcə nağd deyil, həm də kartlarla etmək mümkün olacaq. Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat...