Azovda həlak olan 4 Azərbaycan vətəndaşının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azov dənizində iyunun 5-i gecə saatlarında iki xarici yük gəmisinin vurulması nəticəsində həlak olan 4 Azərbaycan vətəndaşının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Qeyd olunub ki, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb.
"Müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 Azərbaycan vətəndaşının cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan iki nəfər vətəndaşın yaxın günlərdə Azərbaycana yola salınması nəzərdə tutulur", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində olan 25 nəfər Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4-ü isə həlak olub. Həmçinin bildirilib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...