Azov dənizində gəmiyə dron hücumunda həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib
Azov dənizində yük gəmilərinə dron hücumunda həlak olmuş Azərbaycan vətəndaşı, gəmi kapitanı Fuad Orucov dəfn edilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Fuad Orucovun nəşi doğulduğu Xaçmaz rayonuna gətirilib. Mərhumla əvvəlcə yaşadığı evdə vida mərasimi keçirilib.
Daha sonra Fuad Orucov doğulduğu Xaçmaz rayonunun Yergüc kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, iş yoldaşları, dostları və kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, Fuad Orucov Azov dənizinin Taqanroq körfəzində yük gəmisinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum zamanı həlak olub.
Qalereya
Oxşar xəbərlər
"Hər gün qorxa-qorxa keçirik" - Beş kəndi rayon mərkəzi ilə birləşdirən körpü TƏHLÜKƏ SAÇIR
Göygöl rayonunda beş kəndi rayon mərkəzi ilə birləşdirən əsas yolun üzərində yerləşən körpü qəzalı vəziyyətə düşüb. Güclü yağışlar və sel suları nəticəsində kör...