“Azərişıq” seçkilərlə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

“Azərişıq” seçkilərlə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq
Sosial 157

“Azərişıq” ASC fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

ASC-dən BAKU.WS-ə bildirilib ki, “Azərişıq” seçki günü bütün seçki məntəqələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcək.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, artıq bununla əlaqədar bütün texniki tədbirlər görülüb, əlavə maşın-mexanizmlər, mal-materiallar ayrılıb: “Bütün seçki məntəqələrinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün əlaqədar yarımstansiyalar və transformator məntəqələrində 24 saatlıq növbətçilik sistemi yaradılıb. Həmçinin seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq”.

“Azərişıq” rəsmisi abunəçilərə də müraciət edərək qarşılaşdıqları qəza və kəsinti ilə bağlı “Çağrı mərkəzi”nə müraciət etmələrini xahiş edib.

“Azərişığ”ın 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi mövcuddur. İstehlakçılarımızdan xahiş edirik ki, qarşılaşdıqları qəza və kəsinti halları ilə əlaqədar həmin çağrı mərkəzi ilə əlaqə saxlasınlar”, - deyə T.Mustafayev əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bütün seçki məntəqələri dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz ediləcək

Bütün seçki məntəqələri dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz ediləcək

"Azərişıq" ASC dekabr ayının 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bütün seçki məntəqələrini dayanıqlı və keyfiyyətli elektrik enerjis...

394 Sosial 11:32 22 dekabr 2019

Son xəbərlər