Azərbaycanda COVİD-19-a yoluxanların sayı 4 mini ötdü

Azərbaycanda COVİD-19-a yoluxanların sayı 4 mini ötdü
Sosial 712

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4010 yeni yoluxma faktı qeydə alınıb, 2 898 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 417 996 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 361 128 nəfər müalicə olunaraq sağalıb, 5 553 nəfər vəfat edib, aktiv xəstə sayı 51 315 nəfərdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər